
“Və Siti Yu-Key” təşkilatı Birləşmiş Krallıqda qərarlaşmış maliyyə və əlaqəli peşəkar xidmət sahələrini təmsil edir, bu sahələrin daha geniş miqyasda ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə dair faktları hazırlayaraq onların adından lobbiçilik fəaliyyətini həyata keçirir. Təşkilatımız rəqabətə, is yerlərinin yaradılmasına və davamlı iqtisadi artıma təkan vermək məqsədilə Birləşmiş Krallıqda, Avropa İttifaqında və beynəlxalq aləmdə müvafiq siyasətlərə təsir etməyə çalışır.
Birləşmiş Krallıqda qərarlaşmış maliyyə və əlaqəli peşəkar xidmət sahələri 2013-cü ildə ölkədə hasil edilmiş ÜDM-nin 12%-ni təmin etmişdilər. Bu sahələrdə üçdə ikisi Londondan kənar ərazilərdə olmaqla ölkə miqyasında 2 milyondan çox insan çalışır ki, sözügedən göstərici işlə məşğul əhalinin 7%-ni təşkil edir, işin məhsuldarlığı baxımından isə ölkə üzrə orta səviyyəni 70% üstələyir. 2007-ci ilin əvvəlindən xarici şirkətlər Birləşmiş Krallıqdan olan maliyyə şirkətlərinə 100 milyard funt sterlinq civarında sərmayə qoyublar ki, bu da iqtisadiyyatın digər sektorları ilə müqayisədə ən yüksək göstəricidir. Birləşmiş Krallıq Avropanın maliyyə mərkəzidir və beynəlxalq bankçılıq, vəsaitləri idarəetmə, beynəlxalq sığorta, özəl səhmdar kapital və törəmə alətlərin alqı-satqısı baxımından ön mövqeyə malikdir. Birləşmiş Krallıq həmçinin mühasibatlıq, hüquq və idarəetmə ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi baxımından aparıcı mövqeyə yiyələnib.
“Stəndad layf” şirkəti idarə heyətinin sədri ser Qerri Qrimstoun təşkilatımızın icraiyyə şurasına sədrlik edir. Məşvərət şurasının sədri isə London şəhərinin vəkalətli meridir.
Təşkilatımız müstəqildir və siyasi baxımdan bitərəfdir.
http://www.thecityuk.com
Deloitte Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir və audit, vergi və hüquq üzrə xidmətlər təklif edən etibarlı bir şirkət kimi tanınır. Deloitte Bakı şəhərində 100-dən artıq peşəkar mütəxəssis ilə təmsil olunur.
Deloitte Azərbaycan Deloitte Touche Tohmatsu Limited (DTTL) şəbəkəsinin üzvü olan Deloitte CIS Holdings Limited-in (“Deloitte MDB”) bir hissəsidir. Biz, 11 MDB ölkəsində, Gürcüstan və Ukraynada fəaliyyət göstərən 3,000-dən yuxarı əməkdaşımızla müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstəririk.
Deloitte MDB Rusiyada (Moskva, Sankt-Peterburq, Ufa, Yujno-Saxalinsk, Yekaterinburq), Ukraynada (Kiyev), Belarusiyada (Minsk), Gürcüstanda (Tbilisi), Azərbaycanda (Bakı), Qazaxıstanda (Aktau, Almatı, Astana, Atyrau), Qırğızıstanda (Bişkək), Özbəkistanda (Daşkənd), Tacikistanda (Düşənbə) və Türkmənistanda (Aşxabad) təmsil olunur.
Dünya üzrə 150-dən çox ölkədə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-un dünya üzrə 210,000-dən çox peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.
Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və ayrı-ayrılıqda hər biri müstəqil hüquqi şəxs olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə aid ola bilər.
http://www.deloitte.az
Qanun Cəmiyyəti (Law Society) İngiltərə və Uelsdə məsləhətçi hüquqşünasları təmsil edir, üstün peşə standartlarına və qanunun aliliyinə rəvac verərək üzvlərini dəstəkləmək və təmsil etmək məqsədilə qlobal miqyasda fəaliyyət göstərir. İngiltərə və Uelsdə məsləhətçi hüquqşünaslara yardım etmək, onların hüquqlarını qorumaq və fəaliyyətini dəstəkləmək istiqamətində peşəni tənzimləyən, həmçinin hökumət və digər qurumlarla danışıqların aparılması, lobbiçilik, təlim və məsləhət xidmətlərini göstərir.
Qanun Cəmiyyətinin beynəlxalq idarəsi üzvləri adından fəaliyyət göstərərək İngiltərə və Uelsdən olan məsləhətçi hüquqşünasların xarici bazarlarda üzləşdikləri maneələrin aradan qaldırılması, beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması və saxlanması ilə məşğuldur. London və Brüsseldəki idarələrdən fəaliyyət göstərən beynəlxalq idarə xariclə işləyən və ya beynəlxalq fəaliyyət imkanlarını araşdıran hüquq şirkətlərinə və peşəkar hüquqşünaslara praktiki dəstək, təlim, məlumat və məsləhət xidmətlərini göstərir.
Beynəlxalq idarənin nəzdindəki beynəlxalq bölmə Qanun Cəmiyyəti üzvlərinin forumudur. Üzvlük beynəlxalq əlaqələrini inkişaf etdirmək və beynəlxalq bazarlarda çalışmaq tələbatı olan hüquq şirkətlərini, təşkilatdaxili hüquqşünas heyətlərini və hüquq peşəkarlarını əlaqələrlə, vasitələrlə və bazarlara dair son analitik məlumatla təmin edir. Xarici hüquqşünasları bu xidmətə qoşulmaq və ondan yararlanmağa dəvət edirik.
http://www.lawsociety.org.uk
Rəsmi fəaliyyətə başladığı 2009-cu ildən Britaniya-Azərbaycan Biznes Şurası (“Bi-Ey-Bi-Si”) Birləşmiş Krallıq və Azərbaycanda işgüzar fəaliyyətə rəvac verməklə bu ölkələr arasında ticarət, investisiya və mübadilə yönümlü əlaqələrin dərinləşdirilməsi və şaxələnməsi istiqamətində iş görür. Şura özəl sektor, hökumət qurumları, ticarət assosiasiyaları və müxtəlif sektorlar üzrə işgüzar fəaliyyətlə məşğul olan digər təsisatlara yardım edir və onlarala əməkdaşlıq edir.
Şura Azərbaycan və Birləşmiş Krallıqda özəl və dövlət sektorları arasında yüksəksəviyyəli münasibətləri və anlaşmanı təşviq etmək, həmçinin regionun iqtisadi inkişafına və qlobal bazarlara inteqrasiyasına Britaniyanın vermiş olduğu töhfənin irsini hifz etmək naminə fəaliyyət göstərir.
Fəaliyyət dairəsinə o cümlədən bir sıra yüksəksəviyyəli konfrans və ticari missiyalarının əlaqələndirilməsi daxildir. Şuranın tədbirləri işgüzar, hökumət, KİV və elmi dairələrin görkəmli nümayəndələrinin iştirakı ilə keçir və Britaniya-Azəbaycan işgüzar münasibətlər müstəvisində dialoqun aparıcı söz sahibləri vasitəsilə daya yüksək səviyyəyə qaldırılmasına xidmət edir.
http://www.britainazerbaijan.org
PAŞA Bank Azərbaycanın aparıcı investisiya və korporativ banklarından biridir. 2007-ci ildə yaradılmış bu bank Azərbaycanda fəaliyyət göstərən korporativ müştərilərə (Kiçik və Orta Sahibkarlıq subyektləri də daxil olmaqla) və ölkədə biznes fəaliyyəti ilə məşğul olmağa hazırlaşan beynəlxalq şirkətlərə xidmət göstərən müasir bir bank modeli təqdim edir. Ticarətin maliyyələşdirilməsinə və korporativ maliyyələşdirməyə xüsusi yer verən Bank öz müştərilərinə bir sıra məhsul və xidmətlər təklif edir. Bu xidmətlər sırasına beynəlxalq maliyyə qurumları və xarici banklarla birgə həyata keçirilən layihələr və ticarətin maliyyələşdirilməsi sahəsində digər bank alətləri də daxildir Bank həmçinin hüquqi şəxslərə anderraytinq xidmətlərini təklif edir və yerli qiymətli kağızlar bazarında marketmeyker kimi fəaliyyət göstərən ilk bankdır. Bank 2011-ci ildən bəri yüksək gəlirli fiziki şəxslərə depozitlər, kreditlər və maliyyə planlaşdırılmasından ibarət olan “private bankinq” xidmətlərini təklif edir. 2013-cü ilin fevral ayında PAŞA Bankın ilk xarici subsidiar Bankı - “PAŞA Bank Georgia” açılımşdır. 2014-cü ilin dekabr ayında isə “PAŞA Bank Türkiyə açılımşdır.
PAŞA Bankın baş ofisi, altı biznes mərkəzi və iki filialında 363, Gürcüstan ofisində isə 54 peşəkar çalışır. 2012-ci ildə “Avropada Ən Yaxşı Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı” mükafatı ilə yanaşı, 2011, 2012 və 2013-cü illərdə Avropa Bankçılıq Mükafatı çərçivəsində Bank "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" adına layiq görülmüşdür. 2013-cü ildə “International Finance Magazine” PAŞA Bankı "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" adlandırmışdır. Bundan əlavə, “Business New Europe” (BNE) tərəfindən Eurasian Bank Survey illik araşdırmalarının nəticələrinə görə PAŞA Bank 2012-ci ildə "Azərbaycanda Ən Yaxşı Yerli Bank" adına layiq görülmüşdür. Bank 2013-cü ildə beynəlxalq "World Finance" jurnalının təsis etdiyi nüfuzlu mükafatlarından biri olan "Best Private Bank, Azerbaijan" adına layiq görülmüşdür.PAŞA Kapital 2013-cü ildə EMEA Finance tərəfindən Azərbaycanın “Ən Yaxşı Brokeri” adına layiq görülmüşdür.
2012-ci ilin sentyabr ayında PAŞA Banka dünyanın aparıcı reytinq təşkilatlatı tərəfindən kredit reytinqləri verilmişdir. “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi sabit proqnozlu “BB-“ kontragentin uzunmüddətli kredit reytinqini və "B" kontragentin qısamüddətli kredit reytinqini vermişdir, hansıkı 2013-cü ilin dekabr ayında təsdiq edilmişdir. Bu 100% yerli kapitala malik olan Azərbaycanın kommersiya bankına təyin edilmiş ən yüksək və Azərbaycanda özəl banka verilmiş ikinci ən yüksək reytinqdir.
PAŞA Bank Azərbaycanda böyük investisiya holdinqlərindən biri olan PAŞA Qrupuna daxildir. PAŞA Qrup həmçinin sığorta, daşınmaz əmlakın inkişafı, inşaat, turizm və digər biznes sahələrində bir sıra əhəmiyyətli aktivləri özündə cəmləşdirir. Azərbaycanın ən böyük pərakəndə banklarından biri olan “Kapital Bank” da PAŞA Qrupuna daxildir.
PAŞA Bankın nizamnamə kapitalı hal-hazırda 333 milyon AZN təşkil edir və bu göstərici bankı Azərbaycanın ən kapitallaşdırılmış özəl bankı edir.
Bank inkişaf edən müştəri bazası ilə uzunmüddətli, sıx münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədinə sadiq qalır. Bankın rəhbərliyinin və komandasının məqsədi bank xidmətlərini PAŞA Bankın üç əsas dəyərləri olan Dürüstlük, Keyfiyyət və Gəlirlilik - üzərində quraraq şəffaflığı və keyfiyyəti ən yüksək beynəlxalq səviyyədə təmin etməkdir.
http://www.pashabank.az