Head of Government Relations, DLA Piper
Chair, Britain Azerbaijan

Baronessa Saymons Leyboristlər Partiyasının aparıcı üzvüdür, Lordlar Palatasının sabiq sədr müavinidir. Birləşmiş Krallıq hökumətində 1997-2005-ci illər ərzində Yaxın Şərq üzrə nazir, beynəlxalq ticarət məsələləri üzrə nazir, müdafiə satınalmaları naziri və baş nazirin Fars körfəsi ölkələri üzrə elçisi kimi xidmət göstərib.

Xüsusilə Yaxın Şərq ölkələri ilə bağlı geniş iş təcrübəsinə malik olan baronessa Saymons “Si-Si-Si Qrup”, “Blenhaym Kəpitəl” və “Protekşn Qrup İntənəşənal” daxil olmaqla bir sıra kommersiya yönümlü təşkilatın məsləhətçisi qismində fəaliyyət göstərir.

Baronessa Saymons həmçinin “Di-El-Ey Payper” hüquq şirkətində beynəlxalq miqyasda hökumətlərlə əlaqələr bölməsinin rəəhbəridir, Britaniya-Azərbaycan Biznes Şurasının, ərəb-Britaniya Ticarət Palatasının, Britaniya-Misir Cəmiyyətinin və britaniya tərəfindən Səüdiyyə Ərəbistanı – Britaniya Müştərək Biznes Şurasının sədridir. O, Britaniya Təcrübəsi Məşvərət Şurasında, Misir-Britaniya Biznes Şurasında, “Di” Qrupun idarə heyətində və Mançester Hava Limanları Qrupunun İcraiyyə Şurasında təmsil olunub.

Baronessa Saymons həmçinin Con Smit Stipendiya və Qrant Fondunun idarə heyətinin üzvüdür.