SWIFT təşkilatının Rusiya, MDB və Moqolustan üzrə rəhbər
SWIFT

SWIFT təşkilatının Moskva ofisinin rəhbəri vəzifəsində Metyu de Hirinq 2013-cü ilin fevran ayından Rusiya, MDB və Monqolustanla bağlı əməliyyatlara görə məsuliyyət daşıyır. Təşkilatın bu coğrafi məkanla bağlı vəzifələrini icra etmək öhdəliyi sözügedən ofisin üzərindədir. Cənab de Hirinq baş qərargahı Brüsseldə yerləşən, maliyyə dairələrinin müştərək assosiasiyası olan və məlumatların ötürülməsi, maliyyə seçimləri və giriş-çıxış proqram təminatları sahəsində etibarlı və standartlaşdırılmış xidmət göstərən SWIFT scrl. qurumunun OOO SWIFT LLC tam törəmə şirkətinin icraçı müdiridir.

2006-2012-ci illər ərzində cənab de Hirinq SWIFT təşkilatının standartlar bölməsində formalaşan bazarlarda işgüzar fəaliyyət üzrə analitik, 2010-2012-ci illərdə Avropa Mərkəzi Bankında və mərkəzi bankların işçi qrupunda SWIFT təşkilatını təmsil etmiş “Ti-Tu-Es” əqdləşmə-hesablaşma layihəsinin rəhbəri vəzifəsində işləmişdir. SWIFT təşkilatına 2006-cı ilin noyabr ayında idarəetmə və statıstika məlumatları üzrə menecer olduğu Nyu-Yorkdakı qlobal saxlama mərkəzindən gəlmişdir.
Brüsseldəki Katolik Universitetinin Biznesi İdarəetmə Məktəbini fərqlənmə ilə bitirərək biznes və texnologiyalar sahəsində maqistr dərəcəsini almış cənab de Hirinq ingilis, fransız, rus, italyan, ispan və holland dillərində sərbəst danışır.