London Fond Birjası Qrupu (“El-Es-İ-El”), fəaliyyət tarixi 1698-ci ildən hesablana bilən, hazırda dünyanın maliyyə beşiyində yerləşən bazar infrastrukturu və kapital bazarları üzrə şaxələnmmiş beynəlxalq biznes qurumdur.
Qrup geniş çeşidli qiymətli kağız, istiqraz və törəmə alət bazarlarında (o cümlədən, London Fond Birjasında, İtaliya Fond Birjasında, Avropada təsbit gəlirli alətlər üzrə aparıcı bazaar sayılan “Em-Ti-Es”-də və “Tökvaz” pan-Avropa çoxtərəfli ticarət platformasıda) fəaliyyət göstərir, həmçinin KOS subyektləri və alternativ investisiya bazarları üçün artım imkanını təmin edən dünya miqyaslı aparıcı məkanlardan biridir. Ticarət platformaları vasitəsilə Qrup beynəlxalq biznes qurumları və investorlar üçün Avropanın kapital bazarlarına son dərəcə mükəmməl çıxış təklif edir.
Ticarət sonrası və riskləri idarəetmə xidmətləri Qrup tərəfindən həyata keçirilən işgüzar əməliyyatların mühüm hissəsini təşkil edir. Qarşı tərəflə müxtəlif aktivlər üzrə baş qlobal hesablaşmalar mərkəzinin əməliyyatçısı “El-Si-Eyç Kliənet Qrup”-un əsas səhmdarı olmaqla yanaşı London Fond Birjası Qrupu İtaliya hesablaşmalar mərkəzi “Si-Si ənd Ci”-nin, “Ti-tu-Es” sistemi əsasında işləyən “Monte Titoli” Avropa hesablaşmalar mərkəzinin, həmçinin yeni qiymətli kağızların mərkəzi depozitarisi (ÜSi-Di-Es”) kimi təsis edilmiş və Lüksemburqda qərarlaşan “Qloubsettle” qurumunun operatoru kimi çıxış edir.
Bununla yanaşı Qrup indekslərin təyin edilməsi və analitik məhsul və xidmət seçimləri sahəsində qlobal liderdir. “Ef-Ti-Es-İ” və Rassel İndeksləri sistemində dünyada müxtəlif bazarların tutumunu ölçmək və etalon göstəriciyə qarşı müqayisə etmək üçün minlərlə indeks təklif edilir. Qrup müştərilərini həmçinin“Sedol”, “Unavista”, “Prokvout” və “Ar-En-Es” daxil olmaqla olduqca geniş çeşiddə real vaxt və istinad əsaslı məhsul və xidmətlərlə təmin edir.
“Rassel İnvestments” şirkətini satın aldıqdan sonra London Fond Birjası Qrupu əldə etmiş olduğu investisiyaları idarəetmə bölməsinin əsaslı təhlilini apardı ki, onun Qrupla strateji uyğunluq yaradıb-yaratmaması qərarına gəlinsin. Bu iş 2015-ci lin fevral ayında tamamlandı və nəticə etibarilə Qrup sözügedən bölmənin tam satılması imkanlarını nəzərdən keçirir.
London Fond Birjası Qrupu yüksək effektivli ticarət platformaları və kapital bazarları üzrə proqram təminatlarının aparıcı yaradıcılarındandır. Özünün fəaliyyət göstərdiyi bazarlarla yanaşı Qrupun “Milenium Ay-Ti” ticarət, nəzarət izləmə və ticarət sonrası iş texnologiyası 35-dən çox təşkilat və birjada tətbiq edilir.
Baş qərargahı Londonda yerləşən, həmçinin Şimali Amerika, İrtaliya, Fransa və Şri Lankada əhəmiyyətli dərəcədə təmsil olunmuş Qrupda təxminən 4,700 şəxsdən ibarət işçi heyət çalışır.
London Fond Birjası Qrupuna dair əlavə məlumatla www.lseg.com internet saytında tanış ola bilərsiniz.