London Fond Birjası 2015-ci il 1 iyun tarixində Bakının Four Seasons mehmanxanasında keçiriləcək London Fond Birjası Maliyyə Bazarları Forumu ilə bağlı məlumat bildirməkdən məmnundur.
Bu konfransda diqqət yetiriləcək əsas mövzular Azərbaycan iqtisadiyyatının makroiqtisadi perspektivləri, ölkədəki kapital bazarının cari durumu və xaricdən maliyyələşmək imkanları, həmçinin Birləşmiş Krallıq və Azərbaycanda korporasiyalar haqqında qanunvericilik sahəsində son nailiyyətlərdən ibarətdir.
Digər mövzular aşağıdakıları ehtiva edir:
• investisiya mühiti və son iqtisadi nəticələr
• Birləşmiş Krallıq və Azərbaycan kapital bazarları arasında inteqrasiya
• maliyyə bazarları infrastrukturu
• biznes artımın səhm və daimi gəlir hesabına maliyyələşməsi
• İslam maliyyəsi
• korporativ idarəçilik
• korporasiyalar haqqında qanunvericiliyə dair üstün təcrübələr
İlkin və törəmə bazarların bütün aspektlərini əhatə edən bir sıra müzakirə iclasını aparmaq məqsədilə Birləşmiş Krallıq və Azərbaycandan aparıcı ekspertləri dəvət etmişik.
Konfransda Birləşmiş Krallıq və Azərbaycan tərəfindən aparıcı korporasiyalar, maliyyə təsisatları və məsləhətçi şirkətlərin 120-150 yüksək vəzifəli və üstün dərəcəli nümayəndəsinin iştirakı nəzərdə tutulur.
İştirakçı sayı olduqca məhduddur və iştirak yalnız dəvətnamə əsasında mümkündür.
Qeydiyyat üçün bura müraciət edin.
Konfransın gündəliyi ilə burada tanış ola bilərsiniz.
Əlavə məlumat üçün London Fond Birjası heyətinə burada müraciət edə bilərsiniz.