Partnyor
“Freşfildz Brakhaus Derinqer” hüquq şirkəti
Sebastyan Mərkəzi və Şərqi Avropa/MDB bölgəsi üzrə həmrəhbərimizdir və Moskvada qərarlaşan korporativ partnyorumuzdur
Sebastyan Louson “Freşfidlz” şirkətində qeydi-adi iş praktikası ilə səciyyələnir. Sebastyanın iş yeri Moskvadır və o, sırf Mərkəzi və Şərqi Avropa və MDB bölgəsi ilə məşğul olur, 30-dan çox ərazini əhatə edir.
Sebastyanın və onun korporativ sektorla işləyən digər Avropalı həmkarlarının ixtisaslaşdığı hüquqi səriştələr və sahələrin bir çox əqdləşmədə tətbiq oluna bilər, lakin Sebastyanın sayəsində şirkət işgüzar dairələrə daha incə işlənmiş təkliflər edə bilir.
Sebastyan öz sahəsinə hüquq və mədəni məsələlərin incəlikləri baxımından olduqca yaxşı bələddir. Bu bacarıqlar, xüsusilə mədəniyyətə dair incəlikləri bilməsi ona müştərilərlə və onların razılaşmalarına dair iş gördükdə yardımçı olur, çox zaman dəyəri bir neçə milyard dollarla ölçülən fayda verir.
O, açıq danışıqlar aparmağı bacarır. Harada işlədiklərindən və hansı yurisdiksiyanın onlara şamil edildiyindən asılı olmayaraq müştərilər Sebastyanın iştirak etdiyi danışıqlarda sıxıntı və narahatl;q keçirmirlər və Sebastyan onların etibarını qazanır. Nəticə etibarilə müştəri ilə məsləhətçi arasında əsl tərəfdaşlıq yaranır.
Sebastyanın təcrübəsi digər ölkələri əhatə edən geniş çeşidli korporativ əqdləşmələrin müxtəlif cəhətləri, həmçinin Mərkəsi və Şərqi Avropa/MDB bölgəsində səhm emissiyası və özəlləşdirmə üzrə bəzi aparıcı təşəbbüslər barədə müştərilərə məsləhət verməkdən ibarətdir.
O, bu təcrübə ilə seminarlarda şəxsən iştirak etməklə və bir sıra nəşr vasitəsilə bölüşür.
“Sebastyan Louson korporativ əqdləşmələr, səhm emissiyası və özəlləşdirməyə xüsusi diqqət yetirməklə Mərkəzi və Şərqi Avropa və MDB miqyaslı əqdləşmələr üzrə ekspertdir”.
“Çeymbəz ənd Partnerz” hüquqşünaslar üşün nəşr, 2014-cü il
“Sebastyan Louson iriməbləğli razılaşmaların öhdəsindən gəlir”.
“Çeymbəz ənd Partnerz” hüquqşünaslar üşün nəşr, 2011-ci il
“Hazırda Moskvada işləyən, İngiltərədə ixtisaslaşmış Sebastyan Lousen MDB və Mərkəzi və Şərqi Avropa üzrə yüksək rəğbət qazanmış ekspertdir”.
“Çeymbəz qlobal” nəşri, 2015-ci il
Son razılaşmalar/yüksək nailiyyətlər
“Pi-Pi-Ef Qrup En. Vi” şirkətinin törəməsi “Pi-Pi-Ef Arena 2 Bi. Vi” tərəfindən Çexiyanın ən böyük mobil rabitə operatoru “Telefonika Çek Repablik Ey. Es.” şirkətində nəzarət səhm payının “Telefonika Es. Ey.” Telekommunikasiya şirkətindən təxminən 2.467 milyard avroya nağd pul şəklində alınması və London Fond Birjası dövriyyəsinə daxil olduqdan sonra Qazaxstanın bazar payına görə ən böyük mobil rabitə operatoru “Keysel” şirkətində nəzarət səhm payının alınması
Ukraynanın yumurta istehsalçısı “Avanqardko”nun səhmlərinin London Fond Birjasında ilkin açıq emissiyası
“Si-Vi-Si” şirkətinin “Anhoyzer-Buş-İnbev” pivə istehsalçısının Mərkəzi və Şərqi Avropadakı bölmələrinin 4.4 milyard ABŞ dollarına satın alınması üzrə müvəkkili
“Rosneft” şirkətinin “Bi-Pi” ilə təklif edilən müştərək müəssisə təşəbbüsünə dair məsləhətçisi
Bildiyi dillər
İngilis, fransız, rumın, rus