Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri

1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Moskva İdarəetmə İnstitutuna daxil olmuş iqtisadi-kibernetik ixtisası üzrə bitirmışdir. 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda əmək fəaliyyətinə mühəndis olaraq başlamış, 1987-ci ilə qədər Elmi-İstehsalat Birliyinin mühəndisi və sektor rəisi vəzifəsində, 1992-ci ilə qədər Bakı şəhərinin Rayon İcra Hakimiyyətində şöbə müdiri və icra başçısının müavini vəzifəsində işləmişdir. 1995-ci ilə qədər Gömrük Komitəsində valyuta nəzarəti şöbəsinin rəisi, 2001-ci ilə qədər Azərbaycan Respublikası Beynəlxalq Bankın filial müdiri vəzifəsində, 2004-cü ilə qədər Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin “Qiymətli kağızların tədavülünün tənzimlənməsi” departamentinin baş mütəxəssisi işləmişdir. 2004-cü ilin mart ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzinin vitse-prezidenti vəzifəsinə təyin edilmişdir.

2005-ci ildən Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri, 2011-ci ilin aprel ayından etibarən Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri seçilmişdir.

2011-ci ilin iyul ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdir.