London şəhərinin 2014-2015-ci illər üzrə vəkalətli meri
Kələntər Alan Yərrou 2014-cü il 7 noyabr tarixində, cümə günü London şəhərinin 687-ci vəkalətli meri kimi vəzifəsini icra etməyə başlayıb. O, Malayziyada anadan olub və 1972-ci ildə “Qrivson Qrant” fond birjası broker şirkətində işə başlamazdan və 1978-ci ildə London Fond Birjasına üzv seçilməzdən əvvəl Hərrou Məktəbində təhsil alıb.
1981-ci ildə Mançester Biznes Məktəbində beynəlxalq korporativ maliyyə sahəsində təhsil alıb və həmin il təhsilini tamamladıqdan sonra “Qrivson Qrant” şirkətinin partnyoru vəzifəsinədək yüksəlib. “Qrivson Qrant” və “Kləynvort Benson” şirkətlərinin birləşməsi nəticəsində cənab Yərrou 1989-cu ildə Birləşmiş Krallıq üzrə irihəcmli birja dövriyyəsi bölməsinin rəhbəri, 1992-ci ildə qlobal bölgü üzrə rəhbər və 1994-cü ildə “Kləynvort Benson Sekyuritiz” şirkətinin icraçı müdiri olub. 1995-ci ildə o, “Kləynvort Benson Qrup” şirkətinin idarə heyətinə üzv kimi təyin edilib.
Cənab Yərrou “Drezdner Kləynvort” şirkətini 2009-cu ilin dekabr ayında, 37-illik fəaliyyətindən sonra, Qrupun vise-prezidenti və Birləşmiş Krallıqdakı bankının idarə heyətinin sədri vəzifəsindən uzaqlaşaraq tərk edub. “Kləynvort Benson” şirkətinin “Ar-Eyç-Cey-Ay”-la birləşməsi nəticəsində cənab Yərrou “Kləynvort Benson Holdinqz” şirkəti idarə heyətinin sədri vəzifəsinə təyin edilib və bu yaxınlarda sözügedən vəzifədən istefa verərək Qrupun baş məsləhətçisi olub.
Kələntər Yərrou hazırda Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Peşəkar İxtisasartırma İnstitutunun sədri, London Fond Birjasının törəmə qurumu “Tökvaz Qlobal Holdinqz Limitid” şirkətinin və “Fiksnetisk Limitid” sürətli məlumatötürmə şirkətinin qeyri-icraçı müdiridir. O həmçinin Polis Fondunun idarə heyətinin üzvüdür.
Cənab Yərrou London İnvestisiya Bankları Assosiasiyasının sədri, Birləşmələr və Satınalmaları Şurasının üzvü, Maliyyə Xidmətlərinə Nəzarət Qurumunun İcraçılar Şurasının sədr müavini və Britaniya Bankirlər Assosiasiyasının vise-prezidenti kimi xidmət göstərib.