“Bakliz” şirkətinin Avropa, Yaxın Şərq və Afrika borc kapitalı bazarları bölməsinin rəhbəri

Çarli Berman “Bakliz” şirkətinin Londonda qərarlaşmış Avropa, Yaxın Şərq və Afrika borc kapitalı bazarları bölməsinin rəhbəridir. O, xüsusilə dövlət sektorundan olan müştərilərlə yüksəksəviyyəli münasibətləri idarəetmə ilə yaanaşı borc kapitalı bazarlarının və əlaqəli törəmə vasitələrin, həmçinin məsləhət xidmətləri və borc təəhüdlərini idarəetmə fəaliyyətinin strateji istiqamətləndirilməsi və təşkilinə nəzarət üzrə məsul şəxsdir.

2011-ci ilin sentyabr ayında “Bakliz” şirkətinə işə qəbul edilməzdən əvvəl cənab Berman “Salomon Braverz”/”Sitiqrup” şirkətində 18 il ərzində müxtəlif vəzifələrdə (kredit bazarları bölməsinin həmrəhbəri və təsbit gəlirli kapital bazarları bölməsinin həmrəhbəri) işləyib və qlobal miqyaslı təsbit gəlirlər üzrə əməliyyat komitəsinin üzvü olub.

Cənab Berman 1980-ci ildə Mançester Universitetini hüquq ixtisası bitirmişdir və sonra “Bənk ov Əmerika”nın kommersiya bankçılığı bölməsində bankir kimi təcrübə qazanmışdır. Avro ilə ifadə edilmiş veksellər (ECP) və ortamüddətli borc qəbzləri, həmçinin borc qəbzinin emissiyası vasitələri üzrə yeni yaranan bazarlarla məşğul olmaq üçün “Siticorp” şirkətinə işə qəbul edilməzdən əvvəl avrobond və sindikatlaşdırılmış kredit bazarları əqdləşmələrində iştirak etmişdir. Sonralar o, maliyyə təsisatlarını yaxından izləmək, həmçinin sərbəst dərəcəli notlar (borc qəbzləri) və 1-ci dərəcəli imtiyazlı səhmlər kimi risk kapitalı üzrə qiymətli kağız təminatlarını yaratmaq məqsədilə və “Meril Linç” investisiya bankında işə düzəlmişdir.

1990-cı ildə cənab Berman “Salomon Braverz” investisiya bankında iş fəaliyyətinə başlamışdır və burada onun vəzifə mandatı artaraq dövlət sektorundan olan borcalanları və dövlət mülkiyyətində olan korporasiyaları da ehtiva etmişdir. Bu dövr ərzində o, Avropa, Yaxın Şərq, Afrika və Asiya bölgələrində sürətlə inkişaf edən ölkələrdən olan emitentləri əhatə etməzdən əvvəl Global Bond mexanizminin yaradılmasına və “AAA” reytinqini almamış emitentlərə tətbiqinə cəlb edilmişdir. Cənab Berman 20 ildən artıq dövr ərzində suveren, transmilli və ya hökumədən üstün və dövlət qurumu qismində borcalanlarla sıx işləmişdir və dünyanın müxtəlif bölgələrindən olan ilk və ya müntəzəm emitentlər üçün etalon (sınaq) borc şərtlərinin müəyən edilməsi və kapital təchizatı üzrə çox sayda əqdləşməni həyata keçirmişdir.

Cənab Berman “Yuromani”/”Prayz Uotehaus Kupers” şirkətlərinin 2000-ci ildə təsis etdikləri Kapital Bazarlarında Nailiyyətlər Təltifini almış ilk şəxsdir. 2007-ci ildə o, “Yurouik” jurnalının 20-ci il dönümü nəşrində borcalanların səs verməsi nəticəsində son 20 ildə “Ən Heyranedici Yaradıcı” adına layiq görülmüşdür. Beynəlxalq İlkin Bazar Assosiasiyası icraiyyə komitəsinin üzvü, həmçinin Avroborc Bazarı Assosiasiyasının vise-prezidenti kimi xidmət göstərib.