“Uayt ənd Keyz” hüquq şirkətinin Londonda partnyoru
White & Case
İngiltərə məhkəmələrində vəkil kimi çıxış etmək hüququnu almış və Nyu-York Vəkillər Kollegiyasına üzv kimi qəbul edilmiş Frensis Fitzherbert-Brokhoulz bankları, digər özəl və dövlət qurumlarını və suveren hökumətləri beynəlxalq capital bazarlarındakı fəaliyyətə xüsusi önəm verməklə müxtəlif maliyyə əqdləşmələrində təmsil edir. Cənab Fitzherbert-Brokhoulzun özəl və dövlət şirkətlərinin satın alınması, maliyyə təsisatlarının və investisiya fondlarının təsis və təşkil edilməsi, dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi və bir neçə yurisdiksiyaya aid edilən digər əqdləşmələrin hazırlanmasında da böyük təcrübəsi vardır.
O, bir çox səhm və borc kapitalı öhdəliyi üzrə qiymətli kağızların emissiyası, sekyuritizasiya (qeyri-likvid aktivlərin qiymətli kağız şəklində dövriyyəsi), “İ-Si-Pi” (avro ilə ifadə edilmiş verksellər) və “İ-Em-Ti-En” (avro ilə ifadə edilmiş ortamüddətli borc qəbzləri) proqramı üzrə məsləhətçi kimi xidmət göstərib. Bu, Mərkəzi və Şərqi Avropa, Asiya bölgəsindən olan emitentlərin beynəlxalq miqyasda ilk borc və səhmdar kapital təklifləri daxil olmaqla ABŞ-da səhm və borc kapitalı öhdəliyi üzrə qeydiyyatdan keçmiş və keçməmiş qiymətli kağızları nəzərdə tutur.
Cənab Fitzherbert-Brokhoulz beynəlxalq maliyyələşmə, xarici borcun ödəniş cədvəlinin və strukturunun dəyişməsi və özəlləşdirmə sahələri üzrə suveren hökumətlərlə işləyir. Bu işdə əldə etdiyi mühüm nəticələrdən biri Qazaxstanda “B-Ti-Ey” (Bank Turan Alem) və Alyans bankına 20 milyard ABŞ dollarından daha artıq məbləğdə borc təhhüdlərini restrukturizasiya etmək imkanı vermiş və maliyyə təsisatlarının kreditor borcunun silinməsi ilə ilk restrukturizasiyası kimi tanınmış bankların restrukturizasiyası qanununun yazılması üzrə heyətə rəhbərlik etməsidir. Bu qəbildən olan restrukturizasiya Nyu York və London məhkəmələrində etiraf edilir və qüvvəyə minir. Sözügedən nailiyyət “Finənşiəl Taymz” qəzetinin 2009-cu il üzrə İnnovativ Hüquqşünas Təltifi üzrə “Maliyyə xidmətləri sahəsində hüquqi innovasiya” kateqoriyası üzrə təltif edilmişdir. Cənab Fitzherbert-Brokhoulz həmçinin “Tomson Royterz” şirkətinin 2013-cü il London məlumat kitabında “üstün hüquqşünas” kimi qeyd edilib. O həmçinin hüquq praktikasının müxtəlif tərəfləri ilə bağlı seminarlarda və konfranslarda geniş mühazirələrlə çıxış edib. “Uayt ənd Keyz” hüquq şirkətinə 1978-ci ildə həmkar hüquqşünas kimi işə aəbul edilmiş cənab Fitzherbert-Brokhoulz 1985-ci ildən burada partnyor kimi fəaliyyət göstərir. Şirkətdəki fəaliyyətindən əvvəl İngiltərə Vəkillər Kollegiyasında və Nyu Yorkda xidmət göstərib.
Cənab Fitzherbert-Brokhoulz bir sıra xeyriyyə cəmiyyətində və qeyri-kommersiya təsisatında (o cümlədən “Doyçe Bank”ın Mikrokredit İnkişaf Fondunda, Natiqlik Məktəbləri Assosiasiyasında, Lankaster Universitetində və “Ve Brəmptom Trast” təşkilatında) idarə heyəti üzvüdür və “Ve Qarstəng ənd Distrikt” kənd təsərrüfatı və bağçılıq cəmiyyətinin prezidentidir.