ŞIRKƏTININ direktoru və baş icraçı müdir müavini
“Di-Di-Kəp”

Lourens Olivye “Di-Di-Kəp” şirkətinin, həmçinin onun “Di-Di ənd Ko” və “Di-Di-Gi-El Limitid” törəmələri qurumlarının direktoru və baş icraçı müdir müavinidir.

Lourensin birbaşa məsuliyyəti şirkətin ticarət və ticarətə dəstək bölməsinin fəaliyyəti ilə bağlıdır və o, şəriət tələb və qaydalarına uyğun gələn aktiv əsaslı əqdləşmələrin təşkil edilməsində dərin təcrübəyə malikdir.

Lourensin əsas diqqəti şəriət tələb və qaydalarına cavab verən qeyri-standart maliyyələşməsinin və aktiv vəsaitlərinin formalaşmasıdır və onun fiziki əmtəə sektoru ilə bağlı geniş bilikləri vardır; belə ki, məhz bu biliklər islam maliyyə sektorunda fəaliyyət göstərən institusional müştərilərin tələblərini təmin etmək məqsədilə “Di-Di ənd Ko” şirkətinin ənənəvi altı-satqı və ticarət praktikasının dəyişməsinə yol açdı. Son zamanlar cənab Olivye MDB, Mərkəzi Asiya, Yaxın Şərq və cənub-şərqi Asiya bölgələrində fəaliyyət göstərən maliyyə dairələrinin və dövlət qurumlarının/müəssisələrinin sifarişçilərinin müraciəti əsasında İslam capital bazaraları üzrə bir sıra müxtəlif innovative əqdləşmə üzərində işləmişdir.

Lourens 20 ildən coxdur ki, İslam maliyyə bazarları sahəsində fəaliyyət göstərir. 1998-ci ilin aprel ayında “Di-Di-Kəp” şirkətində fəaliyyətə başlamışdır. Bunda əvvəl “Drezdner Kləynvort Benson” investisiya bankında müdir köməkçisi vəzifəsini icra etmişdir və İslam maliyyəsi və sərmayəsi üzrə məsul heyətin üzvü olmuşdur.

Lourens Fars körfəzində Əməkdaşlıq Şurası, cənub-şərqi Asiya və Avropa bölgəsində illik əsasda keçirilən bir çox İslam konfransının müntəzəm (ənənəvi) məruzəçilərindəndir.