Şirkətinin partnyoru
Ashurst LLP
Serqey Ostrovski Ashurst LLP şirkətinin partnyorudur və şirkətin Rusiya və MDB ölkələri üzrə fəaliyyətinə rəhbərlik edir. Təxminən 200-illik zəngin fəaliyyət tarixinə malik olan Ashurst LLP 16 ölkədə 1,700 hüquqşünası əhatə edən və qərargahı Londonun Siti məhəlləsində yerləşən beynəlxalq hüquq şirkətidir.
Sitidə 1990-cı illərdə bank və korporativ sektor üzrə hüquqşünas kimi təhsil almış cənab Ostrovski İngiltərə və Uelsdə yüksək instansiya məhkəmələri üzrə ixtisaslaşmış məsləhətçi hüquqşünasdır; hal-hazırda iş vaxtının mühüm hissəsini MDB bölgəsində keçirir. O, səhmdar kapitala və borc vəsaitlərinə sərmayə qoyuluşu, pul vəsaitlərinin təminatı, korporativ satınalmalar və korporativ kapitaldan çıxış layihələri daxil olmaqla bir sıra korporativ əqdləşmə layihəsi ilə məşğul olub, səhmdar kapital bazarları, özəl kapital vəsaitinin yerləşdirilməsi, özəl şirkətlərin satın alınması və müştərək müəssisələr sahəsində mütəxəssis sayılır.