Təşkilatının sədri
“Yureyjə Partnerts”
Çarlz Hendri 2001-2015-ci illər ərzində İngiltərənin Uildn dairəsindən seçilmiş mühafizəkar millət vəkili kimi xidmət göstərib, 2010-cu ilin may ayından 2012-ci ilin sentyabr ayınadək enerji naziri olub. Keçmişdə Mühafizəkarlar Partiyasının enerji məsələləri üzrə sözçüsü olub və əvvəlki nazirlərlə müqayisədə nazir vəzifəsini daha uzun müddət ərzində icra edib.
Daha sonra baş nazir onu Azərbaycan, Qazaxstan və Türkmənistan üzrə ticarət məsələləri elçisi təyin edib və bu vəzifəni o, 2015-ci illdə keçirilmiş (və Britaniya Parlamentini tərk etməsinin səbəbi olmuş) ümumi seçkilərədək icra edib. Hazırda cənab Hendri “Yureyjə Partnerts” təşkilatının sədridir.
Nazir vəzifəsindən uzaqlaşdıqdan sonra Edinburq Universiteti (Biznes Məktəbinin və İdarəçilik Akademiyasının) dəvətli professoru vəzifəsinə təyin edilib. Cənab Hendri Britaniya Enerji İqtisadiyyatı İstitutunun rektorudur, Rusiya-Britaniya Ticarət Palatasının prezidentidir, Qazaxstanda Britaniya Ticarət Palatasının sədridir.
Şimal dənizində dünyanın ən nəhəng külək stansiyasının qurulması ilə məşğul olan və “Statoyl”, Statkraft”, “Es-Es-İ”, “Ar-Vi-İ” şirkətlərinin daxil olduğu “Foruind” konsorsiumu idarə heyəti sədridir. İslandiyadan Bitləşmiş Krallığa azkarbonlu xammaldan alınmış elektrik enerjisinin ötürülməsi üzrə kabel xəttinin çəkilməsi ilə məşğul olan “Atlantik Syupəkonnekşn” korporasiyasının, enerji satınalmaları üzrə dünyanın ən nəhəng şirkətlərindən olan “Vitol”un və “AEKOM” şirkətinin müşaviridir.
Cənab Hendri həmçinin Mühafizəkarlar Partiyasında işgüzar fəaliyyət, ali təhsil və gənclər məsələləri ilə məşğul olub, bir zamanlar partiya sədrinin müavini vəzifəsini icra edib.
Millət vəkili seçilməzdən əvvəl cənab Hendri kommunikasiya məsələləri üzrə məsləhətçi işləyib, korporativ şəbəkələrə üzv olan idarə heyəti sədrlərinə və baş icraçı müdirlərə məsləhət verib. Milli vəkili olmuş Uilyam Heyq (William Hague) Mühafizəkarlar Partiyasının sədri seçildikdən sonra Xarici İşlər Nazirliyində İşlər İdarəsinin rəsisi vəzifəsində çalışıb.