AYİB-nin aparıcı iqisadçısı
EBRD
Gürcüstanın xarici işlər sahəsində 10 il xidmət götərdikdən sonra cənab Qvindadze 2005-2012-ci illərdə Gürcüstan maliyyə nazirinin beynəlxalq münasibətlər üzrə müavini, daha sonra isə maliyyə naziri olub, 2008-2009-cu illərdə baş vermiş qlobal iqtisadi böhrandan sonra ölkə iqtisadiyyatının artım məcrəsinə qayıtması və daha yüksək suveren kredit reytinqi ilə səciyyələnməsi onun adı ilə bağlıdır.
Suveren kapital fondu “Partneşip Fand”da baş icraçı müdirin birinci müavini, daha sonra isə Gürcüstana investisiya potensialı müstəvisində ölkədənkənar baxışların dəqiqləşdirilməsini (o cümlədən, birbaşa xarici sərmayə axınlarının aparıcı sahələrdə və layihələrdə gerçəkləşməsini) əlaqələndirən şəxs qismində Milli İnvestisiya Agentliyinin müdiri vəzifəsində çalışıb. Dövlət sektorunu tərk edərkən cənab Qvindadze Tiflisdə qərarlaşan “Liberti Sekyuritiz” qurumunun tədqiqatlar üzrə qlobal rəhbəri olub və beynəlxalq məsləhətlər sahəsində karyera qurmağa başlayıb. 2014-cü ildən Avropa Yenidənqurma və İnkişaf Bankınin aparıcı iqisadçısıdır.
Harvard Universiteti Kennedi İdarəçilik Məktəbinin “Əm-Pi-Ey-Ay-Di” (beynəlxalq inkişaf sahəsində dövlət idarəçiliyi üzrə maqistr) dərəcəsinə, Gürcüstan Texniki Universitetinin isə mühəndislik sahəsində maqist dərəcəsinə yiyələnib, ABŞ, Niderland Krallığı və Fransada maliyyə proqramlarının və siyasətlərinin qurulması, beynəlxalq münasibətlər və inkişaf mövzuları üzrə təhsil alıb. Müxtəlif zamanlarda makroiqtisadi əsaslandırma və praktika mövzusu üzrə dəvətli mütəxəssis kimi mühazirə oxuyub.