Partner
BM Morrison Partners
Dr Fərhad Mirzəyev BM şirkətində 14 ildən artıqdır çalışır və Azərbaycanda ən fəal və gənc istedadlı mütəxəssislərdən biri sayılır. O, vücudlu akademik təcrübəyə malikdir və bir neçə böyük yerli və beynəlxalq müştəriləri Azərbaycanda və xaricdə mürəkkəb və beynəlxalq layihələrdə təmsil edib. Onun əsas təcrübə sahələri neft və qaz, layihələrin maliyyələşməsi, bank işi və maliyyə, mübahisələrin həlli və beynəlxalq ümumi hüquqdur.
BM hüquq firmasına qoşulmazdan öncə, Fərhad hüquqşünas qismində bir sıra özəl şirkətlərdə, hüquq firmalarında, qeyri hökumət təşkilatlarda və dövlət müəssisələrində çalışıb. O, xaricdə əmək və təlim təcrübəsinə malikdir və dünyanın aparıcı beynəlxalq hüquq şirkətlərinin birində, onun Paris Ofisində çalışıb.
Fərhad bir sıra iri beynəlxalq bankları onların yerli banklara və sənaye inhisarçılarına verilmiş zəmanətli və zəmanətsiz kreditlər üzrə təmsil edir. O, Avrobondların buraxılmasına dair layihələrdə xarici borcverənlərə və yerli banklaraməsləhətlət verən hüquqşünaslar komandasına başçılıq edib.
Fərhad etibarlı və ən peşəkar mütəxəssislərindən biri kimi, və mürəkkəb hüquqi məsələləri üzrə yeni həll yolları tapmaq bacarığı ilə tanınır. O, Hasilatın Pay Bölgüsü Sazişləri (Production Sharing Agreements) və Azərbaycanda digər enerji sahəsində olan layihələrdə böyük təcrübəyə malikdir və BP, Exxon, Shell, Total, Itochu, Lukoil kimi şirkətləri təmsil edib. Bundan əlavə, Fərhad Azərbaycanda bir sıra iri xairic investorları və Azərbaycan iş adamlarının xaricdə iri beynəlxalq layihələrdə təmsil edilməsi üzrə geniş təcrübəyə malikdir.
Fərhad bir sıra beynəlxalq maliyyə təşkilatları və bankları həmçinin Dünya Bankı, AYİB, Asya İnkişaf Bankı, ABŞ-ın İxrac-İdxal Bankı və bir sıra digər iri bankları Azərbaycanda müvafiq layihələrdə təmsil edib.
Fərhadın adı Azərbaycanın aparıcı hüquqşünasları sırasında Chambers Global, Legal 500 və IFLR 1000 kimi tanınmış beynəlxalq hüquqi nəşrlərdə qeyd olunub. Fərhad bir sıra mükafatların və həmçinin 2004-cü ildə Böyük Britaniyanın aparıcı təhsil ocaqlarında təhsil almaq imkanı verən nüfuzlu ‘British Chevening Scholarship’ mükafatına sahibidir. 2004-cü ildə Vaşınqton şəhərində keçirilən P. Jessup International Law Moot Competition beynəlxalq hüquq üzrə müsabiqədə Azərbaycana üç mükafat qazandııran Bakı Dövlət Universitetinin komandasına başçılıq edib. O, beynəlxalq mübahisələrin həllinə dair kitabı daxil olmaqla, onlarla məqalələrin və elmi nəşrlərin müəllifidir.
Təhsil
1996-2000 – Beynəlxalq Hüquq üzrə Bakalavr və Magistr Dərəcəsi (fərqlənmə ilə), Bakı Dövlət Universiteti (Azərbaycan)
2005 – Beynəlxalq Hüquq üzrə Magistr Dərəcəsi (fərqlənmə ilə), Nottingem Universiteti (Böyük Britaniya)
2005 – Müqayisəli Konstitusiya Hüququ üzrə Diplom (fərqlənmə ilə), Friburq Universiteti (İsveçrə)
2008 – Hüquq elmləri namizədi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası / Bakı Dövlət Universiteti (Azərbaycan)
2007-2013 – Hüquq üzrə Fəlsəfə Elmləri Doktoru (PhD), Lester Universiteti (Böyük Britaniya)
Dillər
Azərbaycan, İngilis, Rus, Türk, Fransız
Peşəkar Təcrübə
2000-ci ildən peşəkar hüquqşünaslıq fəaliyyətinə başlayıb