Partnyor
MGB Law Offices
İsmayıl Əsgərov “MGB Law Offices” (əvvəllər “McGrigors”kimi tanınan) hüquq şirkətinin idarəedici partnyorudur. Bu hüquq şirkəti onun və “Ledingham Chalmers” hüquq firması tərəfindən 1995-ci ildə təsis edilmişdir və 2006-cı ildə yerli idarə olunan hüquq şirkətinə çevrilmişdir. İsmayıl son 20 ildir ki, müntəzəm olaraq neft və qaz şirkətlərinə, xarici kredit təşkilatlarına və beynəlxalq maliyyə institutlarına korporativ, investisiya, layihə maliyyələşdirilməsi və əməletmə məsələləri üzrə hüquqi məsləhətlər verir. Onun ən son gördüyü işlərə misal kimi Türkiyədə iri neft emalı zavodunun yaradılması və tikintisi üçün multi-milyonluq kreditin verilməsində neftin emalı və satışı sahələrini maliyyələşdirən beynəlxalq investisiya banklarına və kredit təşkilatlarına hüquqi məsləhətlərin verilməsi (“Star Layihəsi”) və nüfuzlu yerli sığorta şirkətinin əldə olunmasıdır.
MGB Azərbaycanda qeydiyyatdan keçmiş Birləşmiş Krallığın yeganə hüquq şirkətidir. MGB-nin şirkətinin müstəqil hüquq şirkəti olması statusu - ona xarici kreditorlar tərəfindən BTC layihəsinin və təyyarələrin satınalmalarının maliyyələşdirilməsində hüquqi yardımın göstərilməsi daxil olmaqla, bir çox iri layihələrdə onun uğurlu iştirakı üçün zəmin yaratmışdır.
İsmayıl Azərbaycandan kənarda dərc olunan bir çox hüquqi nəşrlərdə birinci dərəcəli hüquqşünas kimi tövsiyə olunur. Bu tövsiyyələr http://www.legal500; http://www.chambersandpartners.com; http://www.iflr1000.com kimi hüquqi nəşrlərdə dərc olunmuşdur.
İsmayıl Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.